İsrailin keçmiş müdafiə naziri Moşe Yaalon CNN-ə verdiyi müsahibədə baş nazir Binyamin Netanyahunun korrupsiyaya görə istintaqa cəlb edilə biləcəyini deyib
“Bir sıra işlər var ki, haqqında təhqiqat aparılır və məncə axırda Netanyahu istintaqa cəlb ediləcək” - Moşe Yaalon deyib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İsrail polisi hazırda Netanyahu ilə əlaqədar iki təhqiqat aparır. Üçüncüsü isə Netanyahunun baş nazirliyi dövründə hərbi sursatların alınması ilə əlaqədardir.
Netanyahu öncəki iki təhqiqatda bir neçə dəfə ifadə verməyə çağırılıb. Onlardan biri xarici biznes adamlarından hədiyyələr qəbul etməsi, digəri isə İsrailin aparıcı qəzeti Arnon Mozesin sahibi Yedioth Ahronothla müqavilə imzalaması olub.
Netanyahunun hüquqşünası CNN-ə verdiyi müsahibədə baş prokurorun baş naziri istintaqa cəlb edəcəyinə inanmadığını deyib. Netanyahu isə iddiaları rədd edir.
Netanyahu ilə bağlı üçüncü təhqiqat alman istehsalı yeraltı və hücum gəmilərinin satın alınması ilə bağlıdır və satış işləmləri Netanyahunun baş nazirliyi dövründə olub. Lakin baş prokuror təhqiqatda baş nazirin hədəf olmadığını bildirib.
Alman istehaslı dəniz gəmilərinin 2015-ci ildə satın alınması o dövrki Netanyahunun müdafiə naziri Yaalon tərəfindən etiraz edilmişdi. Daha sonra isə müdafiə naziri istefa etmişdi.
Keçmiş müdafiə nazirinin CNN-ə verdiyi müsahibəyə baş nazirin rəsmisi cavab verib. O, qeyd edib ki, iddialar əsassızdır.
Yaalon Netanyahu haqqında bidirib ki, onunla təhlükəsizlik və xarici məsələlərdə bənzər fikirdədir, lakin daxili məsələlərdə baş naziri tənqid edir.
“Mən bizdə korrupsiyanın olduğundan danışarkən qürur duymuram, lakin hüququn üstünlüyündən qürur duyuram və bizim ölkədə baş nazir də daxil hər kəs qanun qarşısında cavabdehdir” - o, bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...