ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə bağlı bəyanat yayıb
Publika.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) iyulun 11-də Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşdüyü və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə etdiyi qeyd olunur.
Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Acney Kaspşik iştirak edib.
Bəyanatda qeyd olunur ki, nazirlər öz prezidentlərinə həmsədrlərin bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin görüşünün təşkil edilməsində yardım təklif edib. Görüş zamanı təmas xəttindəki son durum da müzakirə edilib.
“Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən görüşmək barədə razılaşıblar”, - deyə bəyanatda vurğulanır.
MilliYol.Az
Digər xəbərlər
loading...