Rusiya Sərhəd Qoşunları Ermənistan sərhədçiləri ilə birlikdə İrandan Qarabağa keçmək istəyən sərhəd pozucularına qarşı təlimin keçirilməsi ilə bağlı məlumatı təkzib edib
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, məlumatda göstərilib ki, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib.
Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin (Ermənistan-İran sərhəd hissəsi-red) köməyi ilə ələ keçirilmə ssenariləri işlənib: “Ermənistan Respublikasındakı Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti xəbər verir ki, Mehri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə (Ermənistan-İran sərhədi) sərhəd axtarış həyata keçirilməsi üçün qüvvə və vasitələrin təlimi zamanı İran İslam Respublikasından Ermənistan Respublikasına şərti sərhəd pozucularının qarşısını almaq üçün aparılan birgə fəaliyyət yoxlanılırdı”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ru.armeniansputnik.am internet resursunda yayılan məlumata görə, Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçirib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...