Donald Tramp administrasiyası Rusiyanın “Kasperski Laboratoriyası”nı ABŞ hökumət qurumları tərəfindən istifadəsi məqbul olan məhsullar tədarük edən 2 şirkətin sırasından çıxarıb
İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, “Kasperski”nin adı ABŞ dövlət qurumları üçün informasiya texnologiyaları və rəqəmsal fotoavadanlıq sahəsində xidmətlər təklif edən şirkətlərin siyahısından silinib.
ABŞ Ümumi Xidmətlər Administrasiyasından (GSA) bildirilib ki, bu qərar ABŞ hökumət sistemlərinin təhlükəsizliyini təmin etməyə yönəlib və ciddi araşdırmadan sonra qəbul edilib. Bununla yanaşı, idarədən deyiblər ki, dövlət qurumları GSA müqavilələri çərçivəsində alınmamış məhsullardan istifadəyə davam edə bilər.
Xatırladaq ki, “Bloomberg” agentliyi “Kasperski Laboratoriyası”nın Rusiya kəşfiyyatı ilə əlaqəli olduğuna dair xəbər yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...