Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
MilliYol.Az xəbər verir ki, sərəncamla Şəlalə Ağakərim qızı Məmmədova Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Əziz Cəfər oğlu Seyidov Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri təyin edilib.
Prezident həmçinin bir sıra apellyasiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla aşağıdakı şəxslər apellyasiya məhkəmlərinin sədrləri təyin edilib.
1. Tapdıq Şükür oğlu Mahmudov Gəncə Apellyasiya Məhkəməsinin sədri;
2. Səadət İnayət qızı Bəktaşi Sumqayıt Apellyasiya Məhkəməsinin sədri;
3. Rəşadət Əhməd oğlu Ağayev Şirvan Apellyasiya Məhkəməsinin sədri;
4. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri.
Bu sərəncamın 1-3-cü hissələri 2017-ci il iyulun 16-dan, 4-cü hissəsi 2017-ci il iyulun 28-dən qüvvəyə minir.
MilliYol.Az
Digər xəbərlər
loading...