İsrail Xarici İşlər Nazirliyi Soros haqqında bəyanat yayıb və onu günahlandırıb
Hökumətin belə bir addım atmasına səbəb Macarıstanla daha yaxın əlaqələr qurmaq niyyətinin olduğu bildirilir. Gələn həftə İsrail baş naziri Netanyahu Budapeştdə rəsmi səfərdə olacaq.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Soros Macarıstan doğumlu yəhudidir və sərvətinin böyük bir hissəsini insan hüquqları təşkilatlarına və demokratiya uğrunda fondlara yatırıb. O, xüsusən də açıq immiqrasiyanı dəstəklədiyi üçün Macarıstanın sağ-qanaq hökuməti tərəfindən dəfələrlə hədəfə alınıb.
Sonuncu dəfə isə baş nazir Viktor Orban Sorosu düşmən elan edən kampanyanı dəstəkləyib. Yəhudi qrupları və digərləri tərəfindən kampanya təşkilatçıları onun anti-semitizmi təşviq etdiyini bildirirlər.
Reuters yazır ki, Soros ittihamlara nadirən cavab verir. Lakin Macar yəhudiləri və Human Rights Watch təşkilatı Sorosa qarşı aparılan kampanyanı tənqid edib bildiriblər ki, bu, ikinci dünya müharibəsi dövründə faşist almanların yaydıqları posterləri xatırladır. Bu təşkilatlar qismən Soros fondu tərəfindən dəstəklənir.
İsrail kampanyaya münasibətini açıqlayıb və onun qanunlara uyğun tənqid edildiyini bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Emmanuel Nahshon qeyd edib ki, Soros dəfələrlə İsrailin demokratik yolla seçkilərdə qalib gələn hökumətinin “quyusu qazır”. Bundan əlavə nazirlik Sorosun yəhudi dövlətini məhv etməyə çalışdığını və onun öz-özünü müdafiə etməsini qarşısını almağa çalışan təşkilatlara maliyyə yardımları etdiyini qeyd edib. Sorosun Açıq Cəmiyyət Fondu isə bu barədə açıqlama verməyib.
Normalda İsrail hökuməti yəhudi icmalarına qarşı dünyanın harasında olursa-olsun qarşı çıxır. Xarici İşlər Nazirliyinin yaydığı bəyənatda Sorosun İsrail demokratiyası üçün təhlükə olduğu vurğulanıb.
Sorosun dəstəklədiyi təşkilatlardan Human Rights Watch İsrailin İordan çayının qərb sahilini işğal etdiyini və onun Fələstinlilərə qarşı siyasətini pisləyən bəyənatlar yazıb.
Macarsıtan kimi İsrail hökuməti də QHT-lərin xaricdən böyük məbləğdə maliyyə dəstək almasını məhdudlaşdıran qanun qəbul etdi.
MilliYol.Az
Digər xəbərlər
loading...