123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən etibarən müvəqqəti olaraq dəyişdirilib
Bakı Nəqliyyat Agentliyindən ( BNA ) verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...