“Alxanlı hadisəsi zamanı körpə Zəhra Quliyevanın həlak olması bir daha sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinə münasibət kökündən dəyişməlidir”
Bu AzVision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP funksioneri vurğulayıb ki, münaqişə tezliklə həll edilməli və Dağlıq Qarabağda Ermənistanın işğalına son qoyulmalıdır: “Nə qədər ki, Ermənistan qoşunları Azərbaycan torpağındadır, bu cür hadisələr davamlı olacaq. Ona görə də münaqişə tezliklə həll edilməlidir”.
A.Mirzəzadə hesab edir ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın kompleks yanaşması var: “Hesab edirəm ki, münaqişəni bir istiqamətdə həll etmək düzgün olmazdı. Problemin həlli üçün bir tərəfədən beynəlxalq ictimaiyyət məlumatlandırılmalı, digər tərəfdən silahlı qüvvələrimiz gücləndirilməli, hərb variantı daim gündəmdədir”.
"Nəticəsiz danışıqlara davam etməliyikmi?" sualına millət vəkili belə cavab verib: “Eyni zamanda danışıqlar davam etdirilməlidir. Danışıqlardan çəkilmək Azərbaycanın bir sıra hallarda ciddi arqumentlərdən məhrum edə bilər. Danışıqlar gedir. Danışıqların nəticəsiz olması Ermənistanın problemin həllindən qaçdığını göstərir. Həmçinin cəbhə xəttində vaxtaşırı qarşıdurmanın olması isə Azərbaycanın hərb variantından istifadə etməsinin mümkünlüyünü göstərir. Seçim Ermənistanındır. Azərbaycan problemi gec və ya tez mütləq həll edəcək. Bu məsələdə uduzan və uzun müddətli inkişafdan məhrum qalan Ermənistan olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...