İstanbulda keçirilən Dünya Neft Konqresində danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin nüvə layihəsi haqqında da məlumat verib
Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan "3-ci Nüvə layihəmiz üçün ilk addımlarımızı atmışıq",- deyə bildirib.
Enerji məsələsində Türkiyənin önəmini qeyd edən prezident, prioritetin Cənub qaz xətti olduğunu deyib:
"Ölkəmizin geosiyasi mövqeyi lazımi əhəmiyyətli bir nöqtədir. Enerji istehsalçıları ilə istehlakçıları arasında təbii körpü vəzifəsini görür. Tranzit bir ölkə olaraq əlimizdən gələni edirik. Siyasi sabitliyimiz və iqtisadi inkişafımızla bir oyunçu mövqeyindəyik. Azərbaycan qazının ölkəmizə göndərilməsinə imkan verən Bakı-Tiflis-Ceyhan xəttini işə saldıq. İndi növbədə TANAP kəməri var. Xəzər və Yaxın Şərq regionundan ölkəmizə və Avropaya qaz çatdıracaq. 2020-ci ildə işə düşməyini gözləyirik. Üçüncü bir nüvə güc stansiyası üzərində də çalışırıq. Sənaye, kənd təsərrüfatı, peyk və telekommunikasiya kimi sahələrdə də çalışacağıq".
MilliYol.Az
Digər xəbərlər
loading...