Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən 2-si Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dini icma olmaqla daha 24 dini icmanın layihəsi maliyyələşdirilib
DQİDK-dan Lent.az-a verilən məlumata görə, bu məqsədlə iyulun 10-da DQİDK-da keçirilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, tarixi-dini abidələrimizin bərpası sahəsində uğurlu yol keçib.
Layihələri maliyyələşdirilən Göyçay rayonu Yeniarx kənd məscidi dini icması “Müsəlman intibahının bərqərarı - İslam Həmrəyliyi”, Göyçay rayonu Yalman kənd məscidi dini icması “İslam Həmrəyliyi və sosial ədalət”, Saatlı rayonu Fətəlikənd kəndi “Cümə” məscidi dini icması “Tolerantlıq və dini dözümlülük Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi”, Sabirabad rayonu Bulaqlı kənd məscidi dini icması “İslam həmrəyliyi - dini vəhdətə çağırış” və s. adlı maarifləndirmə tədbirləri həyata keçirəcəklər.
Qeyd edək ki, Dövlət Komitəsi tərəfindən layihələri maliyyələşdirilmiş icmalar vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği, gənclərin dini radikal təsirlərdən qorunması istiqamətində Bakı şəhərində və respublikanın regionlarında müxtəlif tədbirlər həyata keçirir, kitablar çap edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...