Türkiyənin məşhur aktrisası Beren Saat uzun müddət sonra instaqramda sükutu pozub
“Qafqazinfo” xəbər verir ki, 2015-ci ildə Türkiyədə keçirilən parlament seçkilərindən bu yana sosial şəbəkə ilə vidalaşan aktrisa 2 milyon 400 minlik səhifəsində CHP (Cumhuriyet Halk Partisi) lideri Kemal Kılıçdaroğluna təşəkkürü bildirib.
Beren siyasi liderin “Ədalət yürüşü”ndən çəkilən fotosunu paylaşaraq ona dəstək olduğunu qeyd edib: “Yaşamaq bir ağac kimi təkdir. Bir meşə kimi qardaşcasına...Təşəkkür, sayğı və sevgi...”
Saat “ədalət”, “əsla yalnız olmayacaqsız”, “sülh”, “İnsan, uşaq və qadın hüquqları”, “Qışqır Türkiyə” həştaqlarından istifadə edib.
Xatırladaq ki, Kamal Kılıçdaroğlu paytaxt Ankarada başlayaraq İstanbula qədər yürüş edib. Rəsmi rəqəmlərə görə, “Ədalət yürüşü”nə 1,6 milyon insan qoşulub.
Yürüş iyunun 14-də CHP millət vəkili Enis Bərbəroğlunun 25 il müddətinə azadlıqdan məhrum edilməsindən sonra başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...