Prezident Donald Tramp ABŞ və Rusiya arasında kibertəhlükəsizlik üzrə işçi qrupun yaradılacağı barədə xəbərləri təkzib edib
İKT.lent.az-ın xəbərinə görə, D. Tramp bunu özünün “Twitter” səhifəsində yazıb. “Prezident Putinlə kibertəhlükəsizlik üzrə qrupun yaradılmasını müzakirə etməyimiz o demək deyil ki, bu, mümkündür. Mümkün deyil”, - deyə o, bildirib.
Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov D. Trampın "tvit"ini şərh edib. "Tramp total müxalifət qarşısında geri verdi. Böyük basqı altındadır. Bu, onun günahı yox, bəlasıdır", - deyə rusiyalı senator qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı mətbuat konfransında Trampla görüşdə kibertəhlükəsizlik üzrə işçi qrupun yaradılması barədə razılığa gəldiklərini açıqlamışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...