AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Milli Yol" xəbər verir ki, komitə üzvləri I divizionun XXV turunda qeydə alınan qayda rozuntularına hüquqi qiymət verib.
Əsas qərarlar "Şəmkir" - MOİK oyunu ilə bağlı qəbul olunub. “Şəmkir”in cəzalı olan baş məşqçisi Kamran Əlibabayev oyunun 18-ci dəqiqəsində tribunadan meydançaya daxil olaraq komandasının oyunu davam etdirməməyini tələb edib və oyunda 10 dəqiqə məcburi fasilə yaranmasına səbəb olub. Habelə hakimlər briqadasını təhqir edərək onlara hədə-qorxu gəlib. Kamran Əlibabayevin ardıcıl ikinci dəfə hakimləri təhqir etməsini nəzərə alan İntizam Komitəsi baş məşqçinin 12 ay futbol fəaliyyətinə qadağa qoyub, klubu 1500 manat cərimə edib.
“Şəmkir” meydançanı özbaşına tərk etdyi üçün, sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimələnib. Oyunun 18-ci dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan Elmin Həsənov isə 1 oyunluq cəzalandırılıb, klub 20 manat cərimə olunub.
“Şahdağ” klubu isə “Şərurspor”la oyunda iştirak etmədiyindən 0:3 hesablı texniki məğlubiyyət verilirb və klub 500 manat cərimə edilib.
"Milli Yol"
Digər xəbərlər
loading...