MilliYol.Az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikası (AFR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) qarşı ticari savaş başlaya biləcəyindən narahatlıq keçirir
Bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyl G20 sammiti ərəfəsində bəyan edib.
«Elə şeylər var ki, ciddi narahatlıq doğurur. Onunla bağlıdır ki, ABŞ Avropa ilə ticari savaşa başlaya bilər» – deyə, «Röyter» agentliyi nazirdən sitat gətirir.
O, söhbətin məhz nədən getdiyini dəqiqləşdirməyib, ancaq qeyd edib ki, Berlin Vaşinqtonla əməkdaşlıq etmək üçün imkanlar arayacaq.
Bundan əvvəl Almaniyanın xarici işlər naziri bəyan etmişdi ki, mübahisəli məsələlər üzrə Trampla Putinin konkret razılıqlara gələcəyinə ümid edir. Bu məsələlər arasında Suriyada əməkdaşlığı, Ukraynada münaqişənin genişlənməsini, silahlar üzərinə nəzarəti və nüvə silahından imtinanı önə çəkmək olar.
MilliYol.Az
Digər xəbərlər
loading...