Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kriminal əməlləri haqda məlumatların sayı-hesabı itib.
MilliYol.Az xəbər verir ki, musavat.com-un yaydığı xəbərə görə, generalın qanunsuzluqları ilə üz-üzə qalanlar sırasında sənət adamları da olub. Məlumata görə, məşhur xanım müğənnilərdən biri qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın.
Sayt bildirir ki, bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...