Xəbər verdiyimiz kimi, təşkilatçı, "Səs music organization"ın rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub
Axşam.az-ın məlumatına görə, N.Emiloğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Buna səbəb isə təşkilatçının türkiyəli müğənni Rafet El Romanın və Damlanın iyunda keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılması olub.
Damlanın prodüseri məsələ ilə bağlı saytımıza açıqlama verib. Mehri bildirib ki, N.Emiloğlu ilə saxta bilet satmaq problemləri olmayıb:
“Belə bir xəbərin yayılmasını biz də anlamadıq. Bizim Nahid Emiloğlu ilə saxta bilet satmaq problemimiz olmayıb. Onun təşkil etdiyi konsert təxirə düşdü. Həmin vaxt biz Bakıda olmayacaqdıq deyə, tədbiri 1 ay sonraya - iyulun 16-na keçirdik. Nahid bizə təklif etdi ki, konserti başqa məkanda edək. Oranın rəhbərliyi ilə arasında problem olmuşdu. Biz isə razılaşmadıq. Onunla çox normal sağollaşdıq.
Biletlərin dizaynını dəyişib yenilərini satışa çıxardıq. Əvvəlki tədbirə bilet alanlarla da problem olmadı, hamısını yenisi ilə əvəzlədik.
Nahid Emiloğlu bizden heç bir pul almayıb, saxta bilet satışımız olmayıb. Danışmışdıq ki, pul məsələsini konsert bitəndən sonra həll edəcəyik”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, N.Emiloğlunun saxlanılması barədə məlumatsızdırlar.
Təşkilatçının sahib olduğu bütün telefon nömrələri hazırda bağlıdır. Nahid hətta İnstaqram və Facebook profillərini də bağlayıb.
Qeyd edək ki, Rafetin konserti “Elite Events hall”da baş tutacaqdı.
Onun tutulma xəbərini Criminal.az saytı yayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...