"Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır"
Bunu Trend-ə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
Diplomat qeyd edib: "Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir".
Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib:
"Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq".
MilliYol.Az
Digər xəbərlər
loading...