SOCAR bankların vəziyyətini daim nəzarətdə saxlayır
"SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında saxlayır".
"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin vəsaitlərinin əsas hissəsi Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilib və hökumət tərəfindən nəzarət olunur.
"Şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 2016-cı il dekabrın 31-i tarixinə 1,154 milyard manat (2015-ci ildə 2,529 mlrd. manat) təşkil edib", - deyə hesabatda qeyd olunub.
Bildirilir ki, SOCAR hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.
MilliYol.Az
Digər xəbərlər
loading...