Adı şok qalmaqalla gündəmə gələn Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın xoş olmayan məsələsi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. Almaniya mətbuatında bununla əlaqədar, daha bir yazı dərc edilib.
Almaniyalı model Gina-Liza Lohfink 4 il öncə Berlin məhkəməsinə müraciət edərək, zorlandığını iddia edib. O, bu məsələdə Pərdis Fərcad-Azad və Sebastian adlı şəxsi günahlandırıb.
Artıq hadisənin təfərrüatı da üzə çıxıb. Lohfink 2012-ci il, iyunun 1-də Berlinə VİP qonaq qismində xeyriyyə matçını izləməyə gedib. Oyun başa çatandan sonra isə aktrisa meneceri ilə birlikdə "Maksim” adlı gecə klubuna yollanıb. Bu zaman Sebastian da orda olub və həddindən artıq içki qəbul edib. Bu zaman onunla Lohfinks arasında ünsiyyət yaranıb. Daha sonra isə həmin gecə klubuna Pərdis Fərcad-Azad gəlib.
Pərdis Gina-Liza isə söhbətində onun pərəstişkarı olduğunu bildirməklə yanaşı, özü barədə məlumat verib və tezliklə peşəkar futbolçu kimi Azərbaycana yollamaq istədiyini deyib. Üstəlik, gecə klubunda bir neçə dəfə Lohfinkə onun xəyallarının qadını olduğunu bildirib. Bundan sonra isə cütlük otelə gedərək, qarşılıqlı razılıq əsasında sekslə məşğul olublar.
Ertəsi gün Lohfink yenidən "Maksim” klubuna yollanıb. Çemodanını orda unutduğu üçün. Bu zaman onun yanında saç ustası da olub. Sebastian da gecə klubuna gəldikdən sonra "trio” ağ şərab, şampan və araq içib. İçkinin təsirindən özünü pis hiss edən Lohfink tək qalmaq istədiyini deyib. Lakin ona məhəl qoyan olmayıb. Sebastian Lohfinki öz evinə aparıb. Model həmin anları belə xatırlayıb: "Ayıldım ki, artıq otaqdayam və 2 nəfər var. Biz içməyə davam etdik. Bundan sonrasını isə xatırlamıram”.
Gecəni orda keçirən Lohfink ertəsi gün, günorta saat 4-də otelə qayıdıb. Onun yoxa çıxdığı müddətdə isə meneceri Aleksandra Qreşnik Gina-Lizanı axtarsa da, bir nəticəyə nail olmayıb. Qreşnikin sözlərinə görə, Lohfink otelə qayıdanda pis vəziyyətdə olub: "Gina çox sakit idi, özünə bənzəmirdi. Danışarkən səsi qırılırdı. Doğrudan da, dəhşətli vəziyyətdə idi”.
Bu zaman gözlənilmədən Pərdis Fərcad-Azad həmin zala daxil olub. O, Gina-Lizadan
üzr istəmək niyyətində olduğunu deyib: "Mən pis iş görmüşəm”. Bundan əlavə, Fərcad-Azad Ginaya aşiq olduğunu bildirib və nə üçün ona qarşı belə davrandığını izah edə bilməyib.
Lohfink həmin gecə nə baş verdiyini xatırlaya bilməyib, o anları özündə əks etdirən videomaterial yayılana qədər...
Bundan xəbərdar olan kimi, Gina-Liza videomaterialı taparaq, 2 nəfərin ona qarşı gecə nə etdiklərini görüb. Dərhal vəkilini çağıraraq, "Bu, başqa Ginadı. Onlar mənə qarşı nə ediblər?” deyərək, hadisədən 2 həftə sonra polisə şikayət edib. Ərizəsində 2 nəfərin ona təcavüz etdiyini yazıb. Daha sonra həmin gecəni tədricən xatırlayan Lohfink Pərdis və Sebastianın onu mobil telefonla çəkdiyini yada sala bilib.
Gina-Liza səhər yuxudan oyananda yataqda olduğunu görüb: "Polis” deyə qışqırmağa başladım. Daha sonra isə onlardan məni buraxmalarını xahiş etdim. Qayıdacağıma söz verərək, yalan danışdım. Evdən çıxan kimi isə taksiyə əyləşib, ordan uzaqlaşdım”.
2012-ci ilin noyabrında, yəni hadisədən 5 ay sonrakı məhkəmə prosesində Gina-Liza Lohfink ilk dəfə Pərdis Fərcad-Azadla öz istəyi ilə cinsi əlaqədə olduğunu təsdiqləyib. Sonrakı gecədə Sebastianın evinə necə gedib çıxdığını isə xatırlamadığını bildirib.
Hadisə ilə bağlı araşdırma başlanıldıqdan sonra "Maksim” klubundakı içkilər ekspertizadan keçirilib. Lakin bununla bağlı neqativ hal aşkar olunmayıb.
Bu arada, Sebastiandan fərqli, Pərdis Fərcad-Azadın zorlamada deyil, həmin videomaterialı internetə yaydığına görə ittiham olunduğu üzə çıxıb.
Qeyd edək ki, hadisə ilə bağlı məhkəmənin yekun qərarı iyunun 27-də veriləcək. (apasport.az)
MilliYol.Az
Digər xəbərlər
loading...