Ötən gün mətbuatda, sosial şəbəkələrdə 2 yaşlı Zəhranın ölümünü əks etdirən foto gündəmin əsas mövzusu olmuşdu
Sənətçilər də erməni vəhşiliyinə biganə qalmayaraq sosial şəbəkə vasitəsi ilə də olsa, öz etirazlarını bildirmişdilər.
Bu səbəbdən dünən qardaşı Anara toy etdikləri üçün əkiz bacılar, Sevil və Sevinc Səfərovalar qınanılmışdı.
Bacılar sosial şəbəkədə haqlarında səslənən tənqid və ittihamlara bu cür cavab verib: “Əminəm ki, dediklərimizlə razılaşarsınız. Çünki hər kəs üçün ilk öncə ailəsidir. Dünən bizim üçün ən önəmli gün idi, bizim bircə qardaşımız var. Onun üçün hər şeyi qurban verərik. Bəzən elə rəylər, saytlarda elə başlıqlar görürəm ki, fikirləşirəm, görəsən bunu yazanın ailəsi yoxdur. Gəlin, hərə öz həyatına, əməllərinə özü cavab versin”.
MilliYol.Az
Digər xəbərlər
loading...