Həbsdən çıxan müğənni Dəniz Seki “BeStyle” dərgisinə müsahibə verib
Axşam.az-ın məlumatına görə, ifaçı şəxsi həyatına və keçirdiyi çətin günlərinə aid açıqlamalar verib. Dəniz sevgilisi Faruk Salmanı çox sevdiyini etiraf edib:
“Keçmişə dönüb baxmıram belə. Mən ötn günlərimi rəfə qaldırdım. Hamımız sabahımıza baxmalıyıq. Eşqin tərifini verə bilmərəm. Ancaq mahnılar yaza bilərəm. Eşq insanı bir tərəfdən əzablara sürükləyər, digər tərəfdən göyə qaldırar. Farukla yaşadığım məhəbbət mahnılarımda gizlidir. Gündən-günə analıq həsrəti ilə yanıram. Allahdan bu möcüzəni mənə yaşatmasını istəyirəm”.
Seki həbsdəki həyatı ilə indiki həyatını da müqayisə edib:
“Cənnəti də, cəhənnəmi də yaşadım. Alovlanıb yandım. Ağlamaqdan yatmadığım gecələrim olub. İndi üzümə krem sürtüb gözəl libaslar geyinirəm. Yaxtaya minib dəniz səyahətinə çıxıram. Ayağımda par-parıldayan ayaqqabım var. Studiyaya girib mahnılarımı avaz-avaz oxumaq üçün azadlığım var”.
MilliYol.Az
Digər xəbərlər
loading...