“Azərbaycanda akkreditasiya olunmuş hərbi attaşelərin və xarici KİV nümayəndələrinin Füzuli rayonunun Alxanlı kəndinə səfərinin təşkil olunmasında məqsəd həmin kənddə iyulun 4-də Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliyin beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv şəkildə çatdırılması olub”
Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, Ermənistanın təbliğat maşını bu cinayətə və bu vəhşiliyə görə öz məsuliyyətini gizlətməyə çalışır: “Bu məqsədlə onlar iddia edir ki, guya kəndin ərazisində hərbi xarakterli məntəqələr olub və buradan atəş açılıb, ona görə də Ermənistan Silahlı Qüvvələri tərəfindən kənd atəşə tutulub. Halbuki kənddə hər hansı hərbi təyinatlı obyekt və ya qərargah olmayıb. KİV nümayəndələri, həmçinin hərbi attaşelər peşəkar hərbçi gözü ilə ərazi ilə tanış oldular və şahid oldular ki, ərazidə hər hansı hərbi təyinatlı obyekt yoxdur. Bu isə Ermənistanın bütün təbliğatını və məsuliyyəti öz üzərindən atmaq səylərini alt-üst edir. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən və bilərəkdən atəşə tutulub və bu atəş nəticəsində azyaşlı qız və nənəsi həlak olub, daha bir mülki şəxs yaralanıb. Digər bir fakt da onların diqqətinə çatdırıldı ki, hadisə baş verən zaman balaca qız, onun nənəsi və yaxın qohumları evin yaxınlığında, həyətdə imiş. Belə bir məqamda kənd məqsədyönlü şəkildə atəşə tutulub və nəticədə faciə baş verib. Ona görə də Ermənistan məsuliyyətdən qaça bilməz”.
MilliYol.Az
Digər xəbərlər
loading...