Ali dərəcəli cərrah-mamaginekoloq Səbinə Mirzəyeva “Ümid yeri” uşaq sığnacağına gedib.
MilliYol.Az-a daxil olan məlumata görə, gələcəyin insan övladının dünyaya sağlam gəlməsi üçün əlindən gələni əsirgəməyən S.Mirzəyeva, isti yay günlərində qəlblərin də isinməsini istədi.
Aldığı sovqatlarla, oyuncaqlarla kimsəsiz uşaqları sevindirən S.Mirzəyeva, sığnacağın balaca sakinləri ilə söhbətləşdi və xatirə şəkilləri çəkdirdi.
Həkim xanım fikirlərini bu sözlərlə ifadə etdi: “Mən kimsəsizlər evinə, xüsusi ilə uşaqların sığınacağına gələn zaman üzüldüyüm qədər də rahat oluram. Çünki bir anlıq belə olsa günahsız uşaqların üzünün gülməsinə səbəbkar olmaq xoşbəxtlikdir. Mən gün ərzində saysız-hesabsız fidanların dünyaya gəlməsinin şahidi oluram. İnsana həm də həyat vermək izaholunmaz bir hisdir. Burdan valideynlərə də səslənirəm. Dünyaya uşağı gətirməklə kifayyətlənməyin. Onun sağlam, gözəl gələcəyini təmin edin. Gücsüz körpələri taleyin ümidinə buraxmayın”.
Xatırladaq ki, “Ümid yeri” uşaq sığınacağı 20 il öncə fəaliyyətə başlayıb. Burada küçə həyatına məruz qalmış, valideyn himayəsindən məhrum olmuş uşaqlar məskunlaşır. Sığınacaq hazırda çətin günlər yaşayır. Onun qapıları hər gün bu ünvana pənah gətirən uşaqların üzünə bağlana bilər. “Ümid yeri”-nin sakinləri son ümidlərini insanlara bağlayaraq, onlardan yardım gözləyirlər. Belə ki, “Milli ön” terminallarına yaxınlaşaraq imkanınız çatdığı qədər -1,10, 20, 50, 100 manat və s. məbləğində ianə verə bilərsiniz.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...