Müğənni Sinan Akçılın son günlər etdiyi paylaşımlar çoxlarını təəccübləndirib
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həmkarı Otilia ilə sevgi yaşayan Akçıl İnstaqramda "Ətrafımda mənə aşiq olanları görməzdən gəlirdim. Yaxşı deyiləm sənsiz. "Arada-sırada ağlıma gəlir" demişdim bir dəfə. Sonra gəlməməyə başladı" yazıb.
O, daha sonra 2011-ci ildə Bengü üçün yazdığı "Saat 3" mahnısının sözlərini paylaşıb:
"Bir zamanlar 3-də söz verib və gəlmədiyim bir insana yazmışdım, bağışlasın".
Sinanın bu sözləri onun bir zamanlar sevgili olduğu Hadisəni unutmaması kimi qələmə verilib. Onun bu paylaşımları Hadisəyə ünvanladığı deyilir. Maraqlıdır ki, media Hadisənin də onu unutmadığını dəfələrlə yazıb.
MilliYol.Az
Digər xəbərlər
loading...