Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Quyçu kəndindən keçən 72-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, yoldakı sərt döngədə 42 BR 246 dövlət nömrə nişanlı “Mercedes-C” markalı avtomaşınla Masallı rayon sakini, 40 yaşlı Rəşid Hüseynovun idarə etdiyi “BMV” toqquşub. Hadisə nəticəsində avtomaşınlarda olan 5 nəfər sərnişin - 43 yaşlı Sumqayıt şəhər sakini Əmanət Ələbərova, 39 yaşlı Sumqayıt şəhər sakini Zaur Hüseynov, 64 yaşlı Cəlilabad rayon sakini Adil İsmayılov, 30 yaşlı Sumqayıt şəhər sakini Sadiq Cabbarov və 41 yaşlı Lənkəran şəhər sakini Çingiz Tahirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“BMV”nin sürücüsünün və şahidlərin bildirdiyinə görə, qəza “Mercedes-C” sərt döndəgə ötmə əməliyyatı keçirərkən öz yoluna qayıda bilmədiyi üçün baş verib.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...