Ötən il və bu il dövlət şirkətlərinin zəiflədikləri və zərərə düşdükləri müşahidə olunur
Bu “karvana” Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də qoşulub. Həm bazarın daralması, həm də rəqiblərinin bazarı ələ keçirməsilə əlaqədar olaraq “Azərsığorta” tənəzzül edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, 2017-ci ilin yanvar-may ayları ərzində Dövlət Sığorta Kommersiya Şirkəti 11 milyon 65 min manat sığorta haqları hesablayıb. Bu rəqəm, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə azdır. Azərsığorta 2016-cı ilin yanvar-may ayları ərzində 28 milyon 796 min manat sığorta haqları hesablamışdı.
Müqayisə olunan dövrdə “Azərsığorta”nın sığorta ödənişləri 6 milyon 862 min manatdan 5 milyon 528 min manata düşüb. Yəni, dövlət şirkətinin yığımları 2,6 dəfə azaldığı halda, ödənişləri 19% azalıb.
MilliYol.Az
Digər xəbərlər
loading...