Jurnalist Mir Şahin Ağayev sosial şəbəkədə dünən ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən balaca Zəhra haqqında yazıb
Axşam.az xəbər verir ki, o, beynəlxalq aləmdə tanınan azərbaycanlıların xaricdə bu barədə danışmalarının vacibliyini qeyd edib:
"2 yaşlı Zəhra dünya boyda böyüyə bilər. Amma bundan ötrü işləmək lazımdır. Azərbaycanın dünyadakı bütün səfirliklərində mətbuat konfransları keçirilməli, burada körpə Zəhranın qan daman şəkli nümayış etdirilməlidir. Ən azı Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələrinin günü bu gün hadisə rayonuna səfərini təşkil etməliyik. Azərbaycan bu hadisəni yerli tamaşaçıya yox, beynəlxalq vitrinə çıxarmalıdır. Bakı ATƏT-in Minsk qrupu həmsədrlərini təcili görüşə toplamalıdır. Bu dəhşətli hadisəni ənənəvi məhəlli təbliğat relsindən çıxarmalıyıq. Azərbaycan efirində erməniləri Azərbaycan dilində söymək çıxış yolu deyil. Azərbaycanlıların onsuz da bildiyi həqiqətləri təzədən elə onlara təkrarlamaq kimə və nəyə lazımdır?
Zəhra öz kiçik canı ilə Azərbaycana hələ ki, yalnız öz bacardığı kimi işləyir. Bəs bizim bacardığımız? Nüfuzsuz, yorucu, nitqi və duruşu ilə əsnək gətirən, hər gün gözlərimizi döyəcləyən boz propaqanda müqəvvalarına imkan vermək olmaz ki, belə təsirli faktı gözdən salsınlar!
Azərbaycandan kənarda tanınmayan, telekanalların dəyirmi masalarında fırfıra kimi fırlanan, yalnız bizə tanış hövzə siyasətçilərini təcili efirdən yığışdırmaq lazımdır. Polad Bülbüloğlu, Tahir Salahov, Zeynəb Xanlarova, Rüstəm İbrahimbəyov kimi beynəlxalq miqyaslı azərbaycanlılar danışmalıdır. Özü də burda, Bakıda yox! Biri Parisdə, biri Nyu-Yorkda, biri Moskvada biri İstanbulda mətbuatı başına toplamalıdır.
Unutmayaq ki, həqiqəti demək hələ hər şey deyil! Həqiqəti kimin deməsindən çox şey asılldır. Üstündə beynəlxalq etimad leyblı olan şəxslər danışmalıdır. İnandırıcı görünməyə çalışmaq bir şeydir, inandırmaq başqa!
Bu müdhiş hadisə Cocuq Mərcanlı köçü ərəfəsində baş verdi! Cocuğumuzu vurdular...!!! Qaldı Mərcanlı... Qalacaqmı?"
MilliYol.Az
Digər xəbərlər
loading...