Türkiyədə böyük siyasi terrorun qarşısı alınıb
APA-nın verdiyi məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) yürüşünə hücum hazırlayan 6 İŞİD üzvü saxlanılıb.
CHP lideri Kamal Kılıçdaroğlunun da iştirak etdiyi və bir neçə gündür davam edən yürüşə hücum etməyə hazırlaşan İŞİD-çilər Kayseri, Kocaeli və Nevşehir şəhərlərində zərərsizləşdiriliblər. İlkin məlumata görə, iki İŞİD üzvü Suriyadan gələn təlimata uyğun olaraq, mikroavtobus kirayələyib və CHP-nin yürüşünün davam etdiyi Kocaeliyə getmək istəyib. Lakin hüquq-mühafizə orqanları bundan xəbər tutub və onların təqibinə başlanılıb. Mikroavtobusu yürüş iştirakçılarının üstünə sürməyi planlaşdıran hər iki şəxs Kocaelidə saxlanılıb.
Terrorçular CHP-çilərin 400 metrliyində zərərsizləşdiriliblər. Onlara yardım edən daha dörd nəfər isə Kayseri və Nevşehirdə tutulub.
Kayseri valisi Süleyman Kamçı bildirib ki, terrorçuların kirayələdiyi mikroavtobusda hakim Ədalət və İnkişaf Partiyasının bayraqları aşkarlanıb. Terror aktının məqsədi Türkiyədə təxribat törətmək və qarışıqlıq yaratmaq olub.
MilliYol.Az
Digər xəbərlər
loading...