“Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması Ermənistan Müdafiə Nazirliyinin Azərbaycana qarşı hazırladığı hərbi doktrinanın tərkib hissəsidir”
Bunu Trend-ə "Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.
Onun sözlərinə görə, Ermənistanın hərbi doktrinası 2015-ci ilin sonunda, ermənilərin cəbhə xəttində Azərbaycana müqavimət göstərə bilmədiyini anladıqdan sonra qəbul edilib: "Məhz ermənilərin "müdafiə siyasəti" 2016-cı ildə aprel döyüşlərinin başlaması üçün səbəb olub. Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması bu doktrinanın reallaşdırılmasının davamıdır".
E.Ələsgərov deyib ki, Azərbaycan ordusu nəinki Dağlıq Qarabağdakı, hətta Ermənistandakı yaşayış məntəqələrini atəşə tutmaq gücündə olsa da, heç vaxt Dağlıq Qarabağda yaşayan dinc sakinlərə qarşı silah qaldırmır: "Azərbaycan bunun əvəzində sülh danışıqları təklif edir. Amma təəssüf ki, Yerevanda hakimiyyətdə olan Qarabağ klanı "müharibə partiyası"dır və bu danışıqlara qarşı çıxır. Ötən ilin aprelində Ermənistanın hərbi doktrinasının nəyə gətirib çıxardığının şahidi olduq. Ermənistan tərəfdən bu taktikanın təkrar tətbiq olunması daha geniş hərbi qarşıdurmaya gətirib çıxara bilər. Dağlıq Qarabağın "müdafiə" sistemi Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulmasına yönəlib".
Ekspertin fikrincə, bu cür təxribatlarla Ermənistan münaqişənin sülh yolu ilə həlli prosesini uzadır: "Bu cür vəziyyətdə müharibə ehtimalı daha da artır".
MilliYol.Az
Digər xəbərlər
loading...