Millət vəkili Zahid Oruc ötən gün ermənilərin Füzulinin Alaxanlı kəndində qətlə yetirdiyi nənə ilə nəvənin ölümündən danışıb
Bu barədə “Qafqazinfo”ya açıqlama verən Z. Oruc qeyd edib ki, şübhəsiz ki, cəbhə xəttində on illərdir ki belə təxribatlar şəraitində yaşayırıq: “İctimai rəy, Azərbaycan vətəndaşları, bu istiqamətdə fəaliyyət aparan xarici kampaniyalar hərb və sülh şəraitinə bir qədər öyrəşiblər. Ancaq bu, heç bir halda qəbuledilən, həzm olunan hadisəyə çevrilməməlidir. Cəbhə xəttində baş verən belə qətillər Ermənistan Prezident Adminstrasiyasının birbaşa göstərişi ilə reallaşır. Ölkənin iqtisadi, sosial problemlərini həll etməkdən daha çox hər gün plan olaraq hansı cəbhə məkanında Azərbaycana qarşı terror, təxribat, diversiya fəaliyyətlərinin sifarişini verirlər. Gündəlik bununla bağlı Qarabağdan Ermənistan rəhbərliyinə raportlar verilir.
Gördüyünüz kimi, həyatını itirən şəxslərdən birinin iki yaşı var. Bu o deməkdir ki, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatların qurbanı məhz körpələrdir. Biz 90- ci illərdən danışmırıq. Söhbət XXI əsrdəki hadisələrdən gedir. Əminəm ki, Azərbaycan Ordusu Zəhranın qisasını alacaq. Ancaq məsələ ondadır ki, Füzuli cəbhəsi ərazisinin 20 faizə qədər hissəsinin Azərbaycan nəzarəti altında olmağı ilə fərqlənir. Digər hissə isə ermənilərin 20 ildən artıqdır ki, işğalı altındadır. Əgər biz Qarabağın digər hissəsindən inzibati ərazi vahidi kimi muxtar vilayətin ərazisindəki toqquşmalardan danışsaydıq, belə demək mümkündür ki, sadə ermənilərin beynini azdırıblar. Onlar ciddi basqılar altından özlərinə bir saxta vətən xəyalı qurublar və onun döyüşünü aparırlar. Ancaq Füzuli cəbhəsində ermənilərin vətən deyəcəyi bir məkan yoxdur.
Təxminən iki ay öncə həmin ərazilərdə məskunlaşma ilə bağlı erməni milyonçusunun köməyi ilə inşa edilən evləri yutub sistemində yayımlamışdılar. Bu informasiya terronunun bir hissəsidir. Ölkəni vadar etmək istəyirlər ki, Silahlı Qüvvələr real addımlar atsınlar. Son hadisələr onu göstərir ki, danışıqlar hər hansı nəticəyə aparıb çıxarası deyil. Sən Azərbaycan insanını öldürdükcə orada birgə yaşayışı tamamilə aradan qaldırırsan. Düşünürəm ki, Azərbaycan əvəz olaraq bir erməni ailəsinin iki üzvünü və onun içərisindən də körpələri seçəsi deyil.
Biz yenidən ATƏT-in həmsədr ölkələrinə müraciət edirik. Bu qurbanlar hər bir ölkənin vətəndaşları ola bilərdilər. Nə qədər ki Qarabağ məsələsində yanaşma ən azı Ukraynadan, hətta Gürcüstadan və digər ölkələrdən fərqli qoyulacaq, hətta Avropa Birliyi Azərbaycanın ən yüksək tərəfdaşına çevrilmək istəyib ancaq imzaladığı sazişlərdə Azərbaycanın bütövlüyü məsələsini sual altında qoyacaq, cəbhə xəttində Zəhraların həyatı təhlükə içərisində olacaq. Ona görə də bizim üçün Azərbaycan siyasiləri bu hadisələr üzərindən ən kəskin narazılığı ermənilərə nifrətimizi bildirməklə bu vəziyyətə aparan şəxsləri qınamaqla addımlar atmalıyıq. Zəhranın üzərindən Sarkisyanı və separatçı şəxsləri insan haqları üzrə məhkəməyə vermək realdır. Ölkə içərisində faəliyyət göstərən siyasi təşkilatları bu hadisə üzərindən Sarkisyanı məhkəməyə verməyə çağırıram”.
MilliYol.Az
Digər xəbərlər
loading...