Narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayətini törətmiş şəxslərə qarşı münasibət dəyişdirilir
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər.
Yeni qanun layihəsində qeyd edilib ki, satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir.
Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə veriləcək. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.
Qeyd edək ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsi Milli Məclisin payız sessiyasında gündəliyə daxil ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...