OPEC-in xam neft istehsalı İyun ayında 2017-ci ilin ən yüksək səviyyəsinə qalxıb
“Marja” xəbər verir ki, “Bloomberg News”ın analitiklər və neft şirkətləri arasında keçirdiyi sorğusuna görə, OPEC ölkələri neft hasilatını İyunda May ayı ilə müqayisədə gündəlik 260 min barrel artırıb. Artımın yarısı, OPEC-in hasilatın azaldılması müqaviləsinə daxil olmayan Liviya və Nigeriyadan qaynaqlanıb.
OPEC qrupu, qlobal ehtiyatları azaltmaq və qiymətləri dəstəkləmək üçün hasilatı azaldır. OPEC və Rusiya kimi ölkələrin də daxil olduğu saziş, neft bazarının tarazlığına nail olmaması səbəbindən, May ayında 2018-ci ilin Mart ayına qədər uzadılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...