Bu yaxınlarda ailə quran aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenin toyu ətrafında söz-söhbət bitmək bilmir
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış modelyer Neslihan Yargıcı Fahriyenin gəlinliyinin aktrisa Neslihan Atagülün gəlinliyinə bənzəməsinə münasibət bildirib.
Buna görə o, Evcenin modelyeri Raşit Bağzıbağlını ittiham edib:
“Fahriyenin gəlinliyini görəndə Neslihanla eyni yerdən kirayə götürdüklərini düşündüm. Eyni gəlinlikdir, heç bir fərqi hiss etmədim. Raşitin keçmişdən heç bir xəbəri yoxdur. Keçmişdə kim hansı paltarı tikib, kim nə geyinib – bunları bilmir. Fahriyeni ən xoş günündə belə bir vəziyyətə salmağa onun haqqı yox idi”.
MilliYol.Az
Digər xəbərlər
loading...