Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz “Böyük-20”liyin (“G-20”) zirvə toplantısında iştirak etməyəcək
“Report” xəbər verir ki, buna səbəb olaraq, Qətər böhranı göstərilir.
Qeyd edək ki, “Böyük-20”liyin sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Bu toplatıda ABŞ prezidenti Donald Tramp, Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel də iştirak edəcək.
Onu da qeyd edək ki, bundan əvvəl Braziliya prezidentinin də sammitə qatılmayacağı barədə məlumat yayılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...