MilliYol.Az «AzPolitika.info»-ya istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus esminesin Cənubi Çin dənizindəki mübahisəli Parasel (Sişa) adaları hövzəsinə daxil olmasını Çin tərəf hərbi provokasiya adlandırıb
Bununla bağlı Çin Xalq Respublikasının xarici işlər nazirliyi (ÇXR XİN) ABŞ-a etiraz notası verib. Pekin bu adaları öz ərazisi hesab edir. ÇXR XİN bəyan edib ki, ABŞ esminesinin hərəkəti ciddi siyasi və hərbi provokasiyadır. Bildirilir ki, ÇXR-nın gəmiləri və qırıcı təyyarələri esminesə xəbərdarlıq ediblər.
Çin tərəf qeyd edib ki, ABŞ bu hərəkəti ilə ÇXR-nın suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozub.
«ABŞ «naviqasiya azadlığı» bəhanəsi altında növbəti dəfə özünün hərbi gəmisini göndərib və o, özbaşına olaraq, Çinin Sişa (Parasel) adaları hövzəsinə daxil olub. Bununla da, ABŞ gəmisi ÇXR qanunlarını, beynəlzalq hüququn uyğun normalarını və sözügedən sularda sülhü, təhlükəsizliyi və mövcud düzəni pozub» – deyə, XİN-n bəyanatında deyilir.
Hələ mayın axırında Pekin xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar Cənubi Çin dənizində maraqlı tərəflər arasındakı danışıqları ciddi şəkildə pozmaq riskləri rümayiş etdirir. Bəyanat, ABŞ hərbi gəmisinin sözügedən hövzədə Çinin tikdiyi süni adanın 12 milliyi məsafəsinə qədər əraziyə daxil olamasından sonra verilmişdi.
Ötən il iyulun 12-də Haaqada arbitraj məhkəməsi qərar çıxardıb ki, Cənubi Çin dənizindəki mübahisəli ərazi üzərində ÇXR-nın heç bir hüqüqü yoxdur. Bunun cavabında ÇXR-nın sədri Si Tsizinpin bəyan edib ki, CÇD-i adalar lap qədim dövrdərdən bəri Çinin ayrılmaz ərazisidir.
Məlumat üçün bildirək ki, Cənubi Çin dənizindəki adalar Çin, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam arasında ərazi mübahisəsi predmetidir. Ərazi neft və qazla zəngin hesab olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...