“MIT Technology Review” nəşri dünyanın ən “ağıllı” – fəaliyyətində innovativ texnologiyaları və biznesin aparılması üzrə effektiv modeli daha yaxşı birləşdirən şirkətlərin reytinqini dərc edib
AZƏRTAC xəbər verir ki, məlumata görə, birinci yeri “Nvidia” qrafik sürətləndiricisi və prosessorlar istehsalçısı tutub. Sonrakı yerlərdə “SpaceX” kosmik texnika istehsalçısı, “Amazon” internet mağazası və “23andMe” bioloji şirkəti qərarlaşıb.
Liderlər beşliyini “Google” axtarış sisteminin sahibi “Alphabet” holdinqi tamamlayıb. Həmçinin siyahıda “Intel” (13-cü yer), “Apple” (16-cı yer), “Facebook (23-cü yer), “Microsoft” (27-ci yer), “Tesla” (31-ci yer), “Foxconn” (33-cü yer), “Adidas” (38-ci yer), “IBM” (39-cu yer), “Alibaba” (41-ci yer), “HTC” (42-ci yer) və “Baidu” (50-ci yer) şirkətləri yer alıb.
Reytinqdə əsasən, ABŞ, Çin və Avropa şirkətləri təmsil olunub. 50 aparıcı şirkət siyahısına, həmçinin Argentina (MercadoLibre onlayn mağazası), Nigeriya (Jumia internet platforması) və Keniya (günəş elektrikləşdirmə sistemlərinin satışı ilə məşğul olan M-KOPA şirkəti) şirkətləri də daxil olub.
MilliYol.Az
Digər xəbərlər
loading...