ABŞ prezidenti Donald Tramp öz tvitter hesabında montaj məhsulu olan video paylaşıb və onun bu videoda CNN-i "əzişdirdiyi" əks olunur
Musavat.com xəbər verir ki, Trampın bu videosu dünyanın bütün kanallarında nümayiş olunub.
Qeyd olunur ki, Ağ Evin rəhbəri ona qarşı sərt tənqidi mövqedə duran bu liberal kanalı sevmir və öz nifrətini hər yerdə büruzə etməyi xoşlayır.
Trampın kanalla arası hələ seçkiqabağı dövrdə dəysə də (CNN açıq şəkildə Hillari Klintonu dəstəkləyib-red.) , kanalın Ağ Ev administrasiyanın bir üzvünün Rusiya ilə əlaqələri haqqında informasiya verməsi, daha sonra isə həmin xəbərin yalan çıxması səbəbindən rəsmi səhifədən çıxarması onu lap özündən çıxarıb.
CNN həmin xəbərə görə məsuliyyət daşıyan redaktor və müxbiri işdən qovmuşdu.
Trampın 33 milyonluq tvitter auditoriyası üçün təqdim etdiyi “tamaşa” isə prezidentin kanala qarşı hirs və kininin soyumadığını göstərir.
Videoda D.Trampın Amerikada olduqca populyar olan restlinq döyüşündə (yalançı, dekorativ xarakterli döyüşdür-red.) sifəti CNN loqosu təsvir olunmuş rəqibini əzişdirməklə məşğul olduğu görünür. Bu video bu zamana qədər 100 min insan tərəfindən yenidən paylaşılıb və milyona yaxın izləyicinin “layk-ürək” şəkilciyinə layiq görülüb.
Bundan başqa, Tramp CNN kanalını öz səhifəsində FNN ("Fraud News Network", Yalançı Xəbər Şəbəkəsi) adlandırıb.
Sözü gedən materialla bağlı açıqlama verməyə məcbur olan D.Trampın terrorçuluq və kibertəhlükəsizlik məsələləri üzrə köməkçisi Tom Bossert videoya təhdid olaraq baxmağın doğru olmadığını bildirib.
CNN isə prezidentin videosunu qətiyyən zarafat olaraq qəbul etmək fikrində deyil. Kanal rəhbərliyi bunu birbaşa öz ünvanlarına hədə olaraq qəbul edib.
Kanalın məsələ ilə bağlı verdiyi rəsmi bəyanatında Trampın özünü balaca uşaq kimi apardığı, bu cür işlərdənsə xarici səfərinə, xüsusilə Vladimir Putinlə ilk görüşünə hazırlaşmalı olduğunun, səhiyyə təminatı haqqında qanunla və Şimali Koreya problemi ilə məşğul olmasının daha vacib olduğu bildirilib.
Mətbuatın yaydığına görə, videonun orijinal variantı 2007-ci ildə çəkilmiş WrestleMania adlı verilşdəndir. Həmin əyləncə xarakterli proqramda Tramp məşhur promouter, ABŞ-ın Restlinq Federasiyasının prezidenti Vins Makmenlə “döyüşüb”.
Orada rəqiblər əvvəlcədən hazırlanmış ssenari üzrə bir-birlərinə söz atıblar və D.Tramp rəqibini yerə sərərək ona bir neçə dəfə “zərbə endirib”. D.Tramp tvitterdə yaydığı videoda məhz Makmenin sifətini CNN-in loqosu ilə əvəz edib.
Müşahidəçilərin qeyd etdiyinə görə, prezident bu statusu ilə əslində mediaya olan həqiqi hisslərini və onlarla bağlı “arzusunu” ifadə edib.
Onlar videoya sadəcə zarafat olaraq baxılmasının doğru olmadığını söyləyirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...