Beyləqan Təhsil Şöbəsində baş verənlərlə bağlı bir neçə gün əvvəl məlumat vermişdik. Bu gün Təhsil Şöbəsi ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Adını çəkilməsini istəməyən mənbə bildirir ki, şöbə müdiri Xurman Rüstəmova ilə məktəb direktorları arasında yeni problemlər yaranıb. Belə ki, müdir məktəblərdəki "artıq dərs saatları"nın haqqını özü üçün tələb etməyə başlayıb. Direktorların qarşısına şərt qoyan Xurman Rüstəmova bildirib ki, artıq dərs saatlarına görə yazılan maaşlar Təhsil Şöbəsinə verilməlidi.
Maraqlıdır ki, Xuraman Rüstəmova bu məsələdə də icra başçısı Vaqif Abdullayevin adını çəkir. Bildirir ki, guya bu pullar icra başçısına çatacaq. Bir sözlə, şöbə müdiri direktorları Vaqif Abdullayevin adı ilə şantaj edir.
Qeyd edək ki, bir neçə gün əvvəl MilliYol.Az-a məlumat verən mənbə Xuraman Rüstəmovanın direktorlardan pul yığmağa başladığını bildirmişdi. Mənbə qeyd edirdi ki, xanım müdir bu işi icra başçısı Vaqif Abdullayevin adından edir və direktorlara icra başçısının maliyyə yoxlamasına görə ona pul yığmağı tapşırdığını bildirir. Həmçinin qeyd olunmuşdu ki, Vaqif Abdullayevin bu işdən xəbəri yoxdur və şöbə müdiri bu yolla onun adını ləkələyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
MilliYol.Az
Digər xəbərlər
loading...