Fransanın Avinyon şəhərində yerləşən məscid yaxınlığında baş verən atışma nəticəsində 7 yaşlı qız uşağı da daxil olmaqla 8 nəfər yaralanıb
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, hadisənin motivləri məlum deyil.
“Laprovence.com” yazır ki, insident Arahma məscidi qarşısında qeydə alınıb.
İlkin məlumata görə, atışmanı “Renault” markalı avtomobil ilə məscidə gələn iki maskalı şəxs törədib.
Polis terror fərziyyəsini tamamilə rədd edib. Atışmanın gənc insanlar arasında şəxsi münasibət zəminində baş verə biləcəyi ehtimal edilir.
MilliYol.Az
Digər xəbərlər
loading...