"Qarabağ" Polşanın "Legia" klubunun futbolçusunu transfer edir. MilliYol.Az fanat.az-a istinadən Polşa mətbuatına istinədən xəbər verir ki, təmsilçimiz Polşa klubunun kaptanı Yakub Rjejniçakı heyətinə qatır.
Onun bu gün "Qarabağ" üçün tibbi müayinədən keçərək anlaşma imzalayacağı bildirilir. Anlaşmanın müddəti 2 il olacaq.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov xəbəri təsdiq edib. Klub rəsmisi bildirib ki, həqiqətən də Yakub Rjejniçakla danışıqlar olub. Amma müqavilənin imzalanma tarixinin bilinmədiyini deyib.
Qeyd edək ki, Yakub Rjejniçak 2003-2004-cü ildə "Vidzev"də çıxış edib. 2004-cü ildə "Legia"ya transfer olunan futbolçu bu komandanın heyətində 5 dəfə ölkə çempionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokun qalibi olub. 30 yaşlı mərkəz müdafiəçisi Varşava təmsilçisinin kapiatnıdı.
Yakub Rjejniçak indiyədək Polşanın əsas millisində 9 oyun keçirib. "Transfermarkt" ona 700 min avro qiymət qoyub.
MilliYol.Az
Digər xəbərlər
loading...