Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edərkən aprel ayında İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilən Zirvə görüşündə həmrəyliyin bir daha nümayiş olunduğunu diqqətə çatdırıb.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı həmin tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənədin qəbul edildiyini, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatının pislənildiyini qeyd edib. “Biz bu addımları çox yüksək qiymətləndiririk və bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk”, - deyən dövlət başçısı bu münaqişənin region üçün böyük təhlükə olduğunu diqqətə çatdırıb, onun fəsadları barədə danışıb, Ermənistanın bizə qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalı soyqırımını törətdiyini, işğal edilən torpaqlarda bütün tarixi və dini abidələri dağıtdığını söyləyib.
Ermənistan rəhbərliyinin Avropa ölkələrinə münaqişə ilə bağlı daim təhrif edilən məlumatlar verdiyini və eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışdığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, bir çox hallarda onlar üç müsəlman ölkəsi əhatəsində xristian dəyərlərini müdafiə etdiklərini də iddia edirlər. “Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar, yaxşı bilirsiniz ki, ölkəmizdə dini, milli zəmində heç vaxt münaqişə olmayıb”, - deyən Prezident ilham Əliyev ölkəmizdə məscidlərlə yanaşı, kilsələrin və sinaqoqların fəaliyyət göstərdiyini, erməni kilsəsinin şəhərin mərkəzində toxunulmaz qaldığını və Azərbaycan dövlətinin bu kilsənin təmirinə vəsait ayırdığını da bildirib, Ermənistan rəhbərliyinin bu ucuz və nalayiq çıxışlarının riyakarlığın təzahürü olduğunu vurğulayıb. Dövlət başçısı onu da deyib ki, bu, bir daha Ermənistan rəhbərliyinin müsəlman ölkələrinə düşmən gözü il baxdığını təsdiq edir. Prezident İlham Əliyev həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həm də digər məsələlərlə bağlı bütün müsəlman aləminin birlik, həmrəylik nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Qaynarinfo.az
Digər xəbərlər
loading...