AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Almaniyanın paytaxtında leysan yağışlar səbəbilə, fövqəladə vəziyyət rejimi elan olunub
Cümə axşamından bəri ara verməyən leysan Berlini sözün gerçək mənasında, suya qərq edib. Məlumata görə, metro pilləkanları ilə su şəlaləsi axır, avtomobillər yaranmış göllərdə batır, binaların birinci mərtəbəsində isə «hövuz»lar yaraır.
Ölkənin paytaxtında nəqliyyatın hərəkəti tamamilə iflic olub, o cümlədən, iki başlıca aeroportda (Tegel və Şefenfeld) da. Yüzlərlə reys qeyri-müəyyən müddətə təxirə salınıb və ya ləğv olunub.
Son günlər Berlin xilasediciləri 700-ə yaxın çağırışa gediblər. Şəhər sakinləri evlərin, zirzəmilərin, qarajların suya qərq olduğunu xəbər verirlər. Paytaxtın ayrı-ayrı rayonlarında kvadratmetrə 100 litr hesabilə yağıntı düşüb.
Belə geniş miqyaslı iqlim fəlakətinə hətta xüsusi təcili xidmətlər də hazır deyillər. Ona görə də xilasedicilər sosial şəbəkələr vasitəsilə sakinlərə müraciət edir və təbii fəlakətin xırda nəticələrini özlərinin aradan qaldırmasını xahiş edirlər.
Bu ərəfədə, şəhər hakimiyyəti fövqəladə vəziyyət elan olunması barədə qərar qəbul edib.
Brandenburqda, Aşağı Saksoinyada və Tyürinqgiyada çaylar öz məcrasından çıxıb. Podstamda bir neçə baş küçə su altına alınıb, çoxsaylı tıcaclar yaranıb.
MilliYol.Az
Digər xəbərlər
loading...