Müğənni Nadir Qafarzadə ilə rəqqasə Fatimə Fətəliyeva arasında anlaşılmazlıq yaşanıb
Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişniin qonağı olan sənətçilərin sözü çəpləşib.
Fatimənin xına mərasimlərində bəylərin də iştirak etməsini deməsi Nadiri özündən çıxarıb. N.Qafarzadə bu hala etirazını bildirib:
“O eskalatorda öpüşən gəncləri görəndə məəttəl qaldım. Bu xəbəri Avropada eşitsəydim, mənim üçün sensasiya olmazdı. Bəylərin də xınada iştirak etməsini başa düşmürəm”.
F.Fətəliyeva isə “Bəylər milli geyimdə 5 dəqiqə məclisdə oturub gedirlər. İndi ciyər axşamları da dəbə düşüb. Sən də get ciyər axşamlarında oxu” deyib.
Nadir rəqqasənin bu sözlərinə “Ciyər axşamlarında oxumuram. Birbaşa toya gedib orada oxuyuram” cavabını verib.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə metrodan çıxarkən iki gəncin eskalatorda öpüşən videosu yayılmışdı. Həmin görüntülər sosial şəbəkədə təhqir edilmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...