“Azərbaycan tarixində rolu olan hər kəsin adı əbədiləşdirilməlidir. Amma Heydər Əliyevlə digər tarixi şəxsiyyətlər müqayisəolunmazdır. Çünki onu hakimiyyətə xalq dəvət edib. 1990-cı illərdə ölkədə vətəndaş qarşıdurması və xaos vardı. O Azərbaycanı xilas etdiyi kimi müxalifəti də xilas etdi”
MilliYol.AZ “Report”-a istinadən xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin növbədənkənar iclasında deyib.
O bildirib ki, Heydər Əliyevin adı əbədiləşdirilməlidir: “1990-cı illərin əvvələrində Sürət Hüseynovun Azadlıq Meydanında dar ağacı vardı. Orada kimlərin asılacağı bəlli idi. Heydər Əliyevin xalqı ağır durumdan qurtardı.çıxardı. Onun adı əbədiləşdirilməlidir, Heydər Əliyevin adına məktəb də, universitet də olmalıdır”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev deyib ki, 2018-ci ildə müstəqil Azərbaycan dövlətinin yaradılmasında xidmətləri olan iki tarixi şəxsiyyətin Əbülfəz Elçibəyin 80, Heydər Əliyevin 95 illiyi qeyd olunacaq: “Bundan bir il sonra isə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi keçiriləcək. Hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, çox müsbət hal olar. Həm o şəxsiyyətlərin ruhu şad olar, həm də Azərbaycanda yeni universitetlər yaradılmış olar”.
MilliYol.Az
Digər xəbərlər
loading...