"Çoxmənzilli binaların tikintisini həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaması, həmin binalarda mənzil əldə etmiş şəxslərin hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir"
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib.
"İnşa edilmiş çoxmənzilli binalarda yerləşən bir mənzilin bir neçə şəxsə satılması, satışın bir sıra hallarda hər hansı sənəd olmadan həyata keçirilməsi, vətəndaşa satılan mənzilin sahəsinin və həcminin qanunvericiliklə müəyyən edilmiş qaydada və tələblər əsasında hesablanmaması, sahəsinin çox göstərilməsi, bir sıra hallarda mənzillərin yerləşdiyi binaların tikintisinin başa çatdırılmasının və istismara qəbul edilməsinin müəyyən vaxt aparması və sair vətəndaşların hüquqlarının pozulması hallarıdır", - deyə o qeyd edib.
Xidmət rəisi əlavə edib ki, bir çox hallarda vətəndaşlar çıxış yolunu məhkəmələrə müraciət etməkdə görürlər ki, bu da, tikinti şirkətləri, mənzil-tikinti kooperativləri arasında narazılığın artmasına, münasibətlərin gərginləşməsinə səbəb olur: "Hal-hazırda ən ağrılı məsələ bir mənzilin bir neçə vətəndaşa satılması halıdır. Bundan başqa, çoxmənzilli binalarda mənzil sahibi olan şəxs vəfat etdikdən sonra meydana gələn vərəsəliklə bağlı problem və ya ipoteka yolu ilə əldə edilmiş mənzilin sahibi dünyasını dəyişdikdə ödənişlə bağlı yaranan problemlər də mövcud problemlərdir".
MilliYol.Az
Digər xəbərlər
loading...