“Amerika-Rusiya münasibətləri proqnozlaşdırıla bilinməyən bir səviyyədədir. Çox cəhətli, çox parametrlidir”
MilliYol.Az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc hazırkı dönəmdə gərgin olan ABŞ-Rusiya münasibətlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu gərginlik heç bir halda nüvə müharibəsinə aparıb çıxarmayacaq: “Bu gerçək deyil. Putin müsahibəsində açıq şəkildə söyləyib ki, bu, həqiqətən də dünyanın sonu olar. Zənnimcə, çox yaxın gerçəklikdə belə bir razılaşmaların şahidi ola bilərik ki, haradasa maraqlar tanınacaq. Əgər Amerika Ukrayna və Qafqazları Rusiyaya qurban versə, çox mümkündür ki, Yaxın Şərqdə Suriya rejimini devirsinlər və yeni bir komanda qurulsun. Hansı rejimin qurulacağı isə bilinmir".
Z.Oruc bildirib ki, əslində Tramp hazırkı dönəmdə seçkilərdə elan etdiyi prinsiplərin ən minimum səviyyəsində həyata keçirilməsinə belə nail ola bilmir: “Yalnız ona görə ki, Oval kabinet ətrafında özünün siyasi düşmənləri ilə müharibədədir. Onun həmin savaşdan çıxıb, başqa qitələrdə Amerikanın maraqlarını irəliyə daşıması qeyri-realdır. Bunu açıq demək lazımdır. Gördük ki, Qətəri əvvəlcə qamçıladılar, daha sonra isə hər kəs geri çəkildi. Bəs nə baş verdi? Doğrudanmı Qətər əmiri Amerikanın hansısa şərtlərini qəbul etdi? Yəni siyasət bu cür bəsit qoyula bilməz. Deməli, burada hər hansı davamlı, strateji planlardan hələ ki danışmaq mümkün deyil”.
Deputat deyib ki, ”G20" toplantısında iki prezidentin, nəhayət, görüşəcəyi söylənilir:
“Zənn edirəm ki, çox mümkündür ki, həmin danışıqlardan sonra Trampın anti-Rusiya mövqeyi formalaşsın və bu, hətta Putinlə razılaşdırılmış formada gerçəkləşsin. Nəticədə impiçment qovğasından qorunmaq naminə Tramp Rusiya rəhbəri ilə hansısa bir sözləşməyə getsin. Əks halda, gerçəkdən də onu çarpışmalar gözləyir”.
MilliYol.Az
Digər xəbərlər
loading...