“Amerika prezidenti Trampın anti-mühacirət fərmanı biabırçılıqdır”
MilliYol.Az Strateq.az-a istinadən bildirir ki, bu sözləri bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O, bu fərmanı “kor-koranə ədavət” adlandırıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Fransada səfərdədir. İkitərəfli, həmçinin mühüm regional və beynəlxalq məsələlər barədə Fransa rəsmilərilə danışıqlar Zərifin Paris səfərinin proqramına daxildir. Zərif İtaliya və Almaniya rəsmilərilə görüşüb, danışıqlar apardıqdan sonra Fransaya səfər edib.
MilliYol.Az
Digər xəbərlər
loading...