Almaniya hökuməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Hamburqda həmvətənlilərin önündə çıxış etməyi qadağan edib
MilliYol.Az AzVision.az-na istinadən xəbər verir ki, bunu Moskvada jurnalistlərə açıqlamasında Almaniya XİN rəhbəri Ziqmar Qabriel deyib.
“Biz Türkiyə rəhbərliyinə bildirdik ki, bu cür çıxışın Almaniyada baş tutması yolverilməzdir. Konstitusiya bizə belə bir qərarı qəbul etməyə imkan verir”, - deyə Almaniya XİN rəhbəri bildirib.
Almaniya hökumətinin nümayəndəsi Şteffan Zaybert də məlumatı təsdiqləyərək qeyd edib ki, qərar kansler Angella Merkellə razılaşdırılıb: “Qabrielin bəyanatı kanslerlə razılaşdırılıb. Bu qərar hökumətin mövqeyidir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “G-20” sammitində iştirak etmək üçün gələn həftə Almaniyaya səfər edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...