"Bir ana kimi, bir qadın kimi sizə müraciət edərək mənə köməklik etməyinizi xahiş edirəm. Ümidim sizədir".
Ağdam rayonundan olan məcburi köçkün, Nərimanov rayonu Malik Məmmədov küçəsindəki 2 nömrəli yataqxanada məskunlaşmış Nüşabə Şəkəralı qızı Sadıqova redaksiyamız vasiətəsi ilə birinci vitse prezident və Heydər Əliyev Fondunnun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Məcburi köçkün Nüşabə xanım bildirir olduğu kimi təqdim edirik:
"Hörmətli I Vitse prezident Mehriban xanım Əliyeva!
Mən 25 ildir Nərimanov rayonu Malik Məmmədov küçəsindəki yataqxanada məskunlaşmışıq, hazırda həyat yoldaşım işsizdir, oğlum isə vətəni qorumaq üçün gələn ay hərbi xidmətə yollanacaq. Ailəmizdə işləyən əmək haqqı alan təkcə qızımdır. Onun aldığı əmək haqqı ilə yalnız dolana bilirik.
Həkimlərin müayinəsi zamanı başımda şiş aşkar edilib və həmin xəstəliyin aradan qaldırılması üçün cərahiyyə əməliyyatı olmağımı bildiriblər. Lakin ailəmizin maddi vəziyyəti ağır olduğuna görə həkimlərin cərahiyyə əməliyyatı üçün istənilən vəsaiti tapa bilmirəm.
Hörmətli vitse prezident bir vətəndaş kimi, bir ana kimi, bir qadın kimi sizə müraciət edərək mənə köməklik etməyinizi xahiş edirəm. Ümidim sizədir.
Hörmətlə məcburi köçkün Nüşabə Sadıqova əlaqə nömrəsi (051) 537 -19-12".
Fotolar
Digər xəbərlər
loading...