Türkiyədə nigah mərasimi zamanı ilginc hadisə baş verib. MilliYol.Az xəbər verir ki, bəy səhvən başqasını öpüb.
Hadisə Eskişəhərin İnönü qəsəbəsində baş verib. İlker Güclü adlı bəy həyacandan gəlini öpməyi unudub və nigah şahidi olan dostu ilə öpüşüb. Bəyin bu görüntüləri nigahdan sonra ortaya çıxıb.
İlker Güclü hadisə ilə bağlı danışarkən bunları deyib: "Həqiqətən çox fərqli bir vəziyyət oldu. Biz də bu videonu izləyərkən çox güldük. Əvvəlcə həyacandan və xoşbəxtlikdən fikir verməmişdik. Nigah şahidi olan Abdullah uşaqlıq dostumdu. Yni onunla zarafat edərkən gülməli vəziyyətə düşdüm".
Gəlin Nuriyə Güclü "Çox əyləndik. Həmin an məni öpmədiyini və ya öpməli olduğunu hiss etmədim. O an mənə və İlkerə bələdiyyət tərəfindən hədiyyələr verilmişdi. Nədənsə mən də hədiyyələrlə məşğul idim. Sonradan fikir verdim. Bunu problem etmədim, gülüb keçdik" deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...